Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Şamaxı və Bakıda keçirilmiş iki qarşılaşmada qapılara ümumilikdə 11 qol vurulub.
"Zirə" səfərdə "Karvan Yevlax"la matçda iki dəfə hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbəyə nail olub - 3:2.
"Neftçi" isə evdə "Kəpəz"i darmadağın edib - 5:1. Hesabı Emin Mahmudovun dəqiq penalti zərbəsi ilə açan "ağ-qaralar"ı yeni transfer Vensan Abubakar ardıcıl üçüncü matçında üçüncü qolu ilə növbəti dəfə sevindirib. İkinci hissədə daha bir hücumçu Bassala Sambu "dubl" edib. Beşinci qolu isə Freddi Varqas vurub.
"Kəpəz" isə yalnız Sadiq Şəfiyevin qolu ilə sevinə bilib.
Beləliklə, bu nəticələrdən sonra "Zirə" 19 xalla 2-ci, "Neftçi" 15 xalla 6-cı pilləyə yüksəlib. Əvəzində "Karvan-Yevlax" 5 xalla 11-ci, "Kəpəz" 3 xalla 12-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "İmişli" üzərində 2:0 hesablı qələbə sayəsində 20 xalla liderliyə yüksəlib.
--------------------
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" "Zirə"ni qəbul edəcək.
Saat 14:00-da başlanacaq matçın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Hazırda "Zirə" 16 xalla 3-cü, "Karvan-Yevlax" 5 xalla 11-ci yerdə gedir. Bu komandalar ilk dəfə üz-üzə gələcəklər.
Günün digər görüşündə "Neftçi" "Kəpəz"lə qarşılaşacaq. Əzəli rəqiblər çempionatda 64-cü dəfə üz-üzə gələcəklər. Bu oyunların 30 paytaxt, 21-də Gəncə təmsilçisi qələbə qazanıb, 12-də heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar" xeyli öndədir - 102:64.
9 oyundan sonra "Neftçi" 12 xalla 8-ci, "Kəpəz" 3 xalla 12-ci yerdə gedir.
Azərbaycan Premyer Liqası, X tur
1 noyabr (şənbə)
14:00. “Karvan-Yevlax” – “Zirə” - 2:3
Qollar: İmani Barker, 29; Kayl Spens, 62 - Brahim Konate, 57; Leroy Mikels, 74; Ayron Qomis, 87
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) (3. Said İranxan, 81) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov (4. Olavale Doyeni, 35) 20. Coy Sleyd Mikels (14. Uğur Cahangirov, 27) (8. Peter Kinqs, 81) 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi (42. İbrahim Qədirzadə, 81) 10. Samuel Durrant 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani
Baş məşqçi: Azər Həşimov
“Zirə”: 13. Aydın Bayramov 70. Namik Ələskərov (11. Junior Martins, 46) 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev (77. Yeqor Boqomolski, 56) 4. Ruan Renato (k) 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili (6. Eldar Quliyev, 90) 30. Rikardo Martins (28. Leroy Mikels, 66) 93. Brahim Konate 5. Ange Mutsinzi (32. Qismət Alıyev, 46) 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 26. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov
Sarı vərəqələr: Tompson Qavi, 59 (qeyri-idman hərəkəti); Vadim Abdullayev, 86 (qeyri-idman hərəkəti) - Ange Mutsinzi, 28 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu, 120 tamaşaçı
17:00. “Neftçi” – “Kəpəz” - 5:1
Qollar: Emin Mahmudov, 19 (pen.). Vensan Abubakar, 23. Bassala Sambu, 74; 86. Freddi Varqas, 90+1 - Sadiq Şəfiyev, 77
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sports Arena”
Qeyd edək ki, açılış oyununda "Qarabağ" "İmişli"yə qalib gəlib - 2:0. Turun qalan oyunları 2-3 noyabrda keçiriləcək.








































































