"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında IV tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin "Çelsi" klubunun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.
"Azersun Arena"da keçirilmiş görüş qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolların hamısı ikinci hissədə vurulub. Sol Qordon 58-ci, Cesse Derri 66-cı və 68-ci, Şumayra Mheuka 80-ci, Frenki Ranhem 90+2-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra "Çelsi" 12 xalla 1-ci pillədə qərarlaşıb. Xalı olmayan "Qarabağ" isə sonuncudur. Komanda 1 top vurub, 20 top buraxıb.









































































