FIFA 2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını dərc edib.
Sportnet.az xəbər verir ki, siyahıda 11 oyunçu yer alıb.
Onlardan 4-ü Çempionlar Liqasının son qalibi Fransa PSJ-sini, 3-ü İspaniya "Barselona"sını, qalanları İngiltərənin "Çelsi" və "Liverpul" komandaları, eləcə də Almaniya "Bavariya"sı və İspaniya "Real Madrid"ini təmsil edirlər.
"The Best" mükafatına nəsas amizədlər:
1. Usman Dembele (Fransa, PSJ)
2. Əşrəf Hakimi (Mərakeş, PSJ)
3. Harri Keyn (İngiltərə, "Bavariya")
4. Kilian Mbappe (Fransa, "Real Madrid")
5. Nunu Mendeş (Portuqaliya, PSJ)
6. Koul Palmer (İngiltərə, "Çelsi")
7. Pedri (İspaniya, "Barselona")
8. Rafinya (Braziliya, "Barselona")
9. Məhəmməd Salah (Misir, "Liverpul")
10. Vitinya (Portuqaliya, PSJ)
11. Lamin Yamal (İspaniya, "Barselona")
Qeyd edək ki, 2025-ci ildə "The Best" mükafatını Braziliya millisinin və "Real Madrid"in hücumçusu Vinisius Junior qazanıb.
















































































