UEFA Çempionlar Liqasının X hesabı "Qarabağ"ın evdə İngiltərənin "Çelsi" komandası ilə 2:2 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçı ilə bağlı maraqlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, video-paylaşımda Ağdam klubunun maskotu Kəhər diqqət mərkəzində yer alıb.
Oyundan sonra Azərbaycan təmsilçisinin futbolçuları qazandıqları 1 xalı qeyd edərkən, Kəhər Elvin Cəfərquliyevə yaxınlaşıb. Cəfərquliyev isə onu minərək, "çapıb".
Kəhər müdafiəçini bir müddət belində gəzdirdikdən sonra yerə yıxıb.
UEFA bu videoya at təsviri ilə belə bir şərh verib: “No context Champions League" ("İzahatsız Çempionlar Liqası").
No context Champions League ????#UCL pic.twitter.com/XeWYQurvqj
— UEFA Champions League (@ChampionsLeague) November 6, 2025














































































