Azərbaycan millisinin düşərgəsində zədələnən "Qarabağ"ın futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Ayxan Abbasov açıqlama verib.
O, cinah oyunçusunda əzələ dartılmasının olduğunu bildirib: "Təəssüf ki, dünən Toral Bayramovun da zədəli olduğu üzə çıxdı. Bayramovda birinci dərəcəli əzələ dartılması var. Yəqin ki, 5-6 gün bərpa dövrü keçməlidir".
Qeyd edək ki, noyabrın 21-də Azərbaycan Premyer Liqasının XII tur matçında səfərdə "Sumqayıt"la qarşılaşacaq "Qarabağ" bundan 5 gün sonra Çempionlar Liqasının əsas mərhələsinin V tur qarşılaşmasında İtaliyada "Napoli"nin qonağı olacaq.





































































