Rusiya I Liqasında XIX turun oyununda "Fakel" "Sokol"un qonağı olub.
Sportnet.az-ın məlumatına görə, "Lokomotiv" stadionunda keçirilmiş görüş Voronej təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 42-ci dəqiqədə penaltidən Belaydi Pusi vurub.
Bununla da "Fakel" 42 xalla turnir cədvəlində, albaniyalı hücumçu isə 11 qolla bombardirlər siyahısında birinci yerə yüksəlib.
Qeyd edək ki, Belaydi Pusi "Fakel"ə keçənədək Azərbaycanda "Turan Tovuz" və "Şamaxı"nın formasını geyinib. O, Voronej komandasına bu il fevralın 19-da keçib.








































































