Türkiyənin "Sports QR" internet kanalının "QR Gündem" proqramının son buraxılışı "Qarabağ"ın uğurlarına həsr olunub.
Sportnet.az xəbər verir ki, şərhçi Müjdat Muratoğlu Avropada göstərdiyi uğurlu performansla təkcə Azərbaycanı deyil, Türkiyəni də qürurlandıran "Qarabağ"ı təhlil edib.
O, klubun yüksəlişində ən böyük pay sahibi baş məşqçi Qurban Qurbanovla əlaqədar diqqətçəkən fikirlər səsləndirib.












































































