UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun ilk oyun gecəsinin ən yaxşı qurtarışlarını paylaşıb.
Sportnet.az xəbər verir ki, fərqləndirilənlər sırasında "Qarabağ"ın qapıçısı Mateuş Koxalski ilk pillədə yer alıb.
Polşalı qolkiper İtaliyada "Napoli" ilə görüşdə bir çox "seyv"lə, o cümlədən, penalti qurtarışı ilə diqqət çəkib.
Digər fərqləndirilən qapıçılar isə Nikita Haykin ("Budö Qlimt", Norveç), Mark Flekken ("Bayer", Almaniya) və Xeronimo Rulyi ("Marsel", Fransa) olub.
Qeyd edək ki, "Qarabağ" "Napoli"yə 0:2 hesabı ilə uduzub.
Mateusz Kochalski
— UEFA Champions League (@ChampionsLeague) November 25, 2025
Nikita Haikin
Mark Flekken
Gerónimo Rulli
Your favourite?! @QatarAirways || #LetsFly pic.twitter.com/FZ8hKHGJ1x










































































