Yuri Vernidubun "Neftçi"nin baş məşqçi postuna gəlişi Ukraynanın "Dinamo Kiyev" komandasında baş məşqçi Aleksandr Şovkovskinin mövqeyini möhkəmlədəcək.
Sportnet.az-ın məlumatına görə, Vernidub çətin dövrlərini yaşayan "Dinamo"da baş məşqçi postuna əsas namizəd olub.
Şovkovski isə təzyiq altında vəzifəsini itirmə təhlükəsi altında olub.
Potensial namizədlər arasında Vernidun adı birinci çəkilib. Təcrübəli mütəxəssis 2025-ci ilin yayında "Krivbass"da işini başa vurduqdan sonra işsiz idi.
Qeyd edək ki, Yuri Vernidubun tezliklə "Neftçi"yə baş məşqçi təyin olunacağı gözlənilir.










































































