AFFA Region Liqasında keçirilən İmişli Bələdiyyəspor - "Ağsu Siti" oyununda qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev qarşılaşmanın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib.
Daha sonra isə o, ədalət təmsilçisinə təpik zərbəsi endirib.
Bu səbəbdən, oyunun yarımçıq dayandırılıb.
AFFA İntizam Komitəsi Allahverdi Fərzəliyevi 14 oyunluq cəzaya məruz qoyub. "İmişli Bələdiyyəspor" komandasına isə 0:3 hesablı texniki məğlubiyyət verilib.









































































