“Karvan-Yevlax”ın futbolçusu Elvin Yunuszadə Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XIV turuna təsadüf edib.
Yunuszadə “Şamaxı” ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub.
Yunuszadə 200 oyunda 8 qola imza atıb.
Müdafiəçi 7 fərqli klubda forma geyinib. O, “Neftçi”də 75 (1 qol), “Qarabağ”da 52 (3 qol), “Simurq”da 31 (2 qol), “Səbail”də 23 (2 qol), “Karvan-Yevlax”da 12, “Kəpəz”də 5, “Sabah”da 2 dəfə meydana çıxıb.
Yunuszadə Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 157-ci futbolçu olub. Təcrübəli mərkəz müdafiəçisi “200”ə cari mövsümdə çatan 3-cü oyunçudur. Onadək Filip Ozobiç və Elvin Bədəlov buna bacarıb.














































































