"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçi olduğu kollektiv Niderland "Ayaks"ını qəbul edib.
"Azərsun Arena"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 8:0.
Bu, "Qarabağ"ın UEFA Gənclər Liqasında ən böyük hesablı məğlubiyyəti olub. Daha əvvəl Azərbaycan klubu Portuqaliya "Benfika"sına 1:7, Danimarka "Kopenhagen"inə və İngiltərə təmsilçisi "Çelsi"yə 0:5, İspaniya "Atletik"inə 0:3, İtaliya "Napoli"sinə 0:2 hesabı ilə uduzub.
Cəmi 1 qol vurduğu halda, qapısından ümumilikdə 28 top buraxan Ağdam komandası yarışı sonuncu - 36-cı pillədə başa vurub.









































































