AFFA Klublar Komitəsinin iclası keçirilib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, toplantı dekabrın 11-də təşkil olunub.
Klub rəsmilərinin iclası və müzakirə olunan məsələlər barədə hələlik heç bir açıqlama verilməyib. Amma mənbə toplantı zamanı klubların qış hazırlıq planı, hakimliklə bağlı problemlərin müzakirə olunduğunu bildirib.
Xatırladaq ki, hazırda AFFA Klublar Komitəsinə "Sabah"ın prezidenti Maqsud Adıgözəlov rəhbərlik edir.









































































