AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının XV tur qarşılaşmalarında baş vermiş hallarla əlaqədar tədbirlər görülüb.
Sportnet.az xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib.
Eyni məbləğdə cərimə müvafiq olaraq, “Qəbələ” ilə ev oyununda, “İmişli” və “Qarabağ”la səfər görüşündə 4, eləcə də “Neftçi” ilə səfər qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan “Kəpəz”, “Karvan-Yevlax”, "Araz-Naxçıvan" və “Sumqayıt”a kəsilib.
"Kəpəz"lə qarşılaşmanın 36-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Sanqare növbəti 2 oyunu buraxacaq, “Qəbələ” 1000 manat cərimə ödəyəcək.
"Araz-Naxçıvan"la oyunun II hissəsində azarkeşlərin pirotexniki vasitədən istifadə etmələri səbəbindən “Qarabağ” 3 000 manat cərimələnib.







































































