Qətərin paytaxtı Doha şəhərində FIFA-nın Plenar Sessiyası keçirilir. Sessiyada AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində iştirak edir.
Sportnet.az xəbər verir ki,komitənin ilk iclası tanışlıq xarakteri daşıyıb. Görüş zamanı qarşıdakı dövr üçün əsas məqsədlər müəyyənləşdirilib, iş prosedurları və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.
Toplantıda qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA-nın layihə və proqramlarının tətbiqi və daha da irəli aparılması məsələləri müzakirə olunub, bir sıra tövsiyələr səsləndirilib.
Qeyd edək ki, Könül Mehdiyeva sessiya və iclaslarda AFFA-nı təmsil edir.










































































