Gürcüstanın “Dinamo Batumi" futbol klubu simvolik olaraq 1 lariyə (təxminən 63 qəpik) satışa çıxarılıb.
Sportnet.az-ın “MY BATUMI | Novosti” teleqram kanalına istinadən məlumatına görə, hazırda dövlətin idarəçiliyində olan klub həqiqətən bu məbləğə satıla bilər.
Lakin bir halda ki, bunun üçün potensial alıcı “Dinamo Batumi"yə 30 milyon lari (təxminən 18 milyon 963 min 299 manat) həcmində investisiya yatırmağa razı olmalıdır.
Qeyd edək ki, “Dinamo Batumi" ikiqat Gürcüstan çempionu, beşqat gümüş mükafatçıdır. 1997/1998 mövsümündə "ağ-göylər" ölkə kubokunu qazanıblar. Klub, həmçinin iki dəfə Gürcüstan Super Kubokunun qalibi olub.














































































