Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindəki böyük futbol meydançası illərdir baxımsız vəziyyətə düşüb.
Sportnet.az-ın məlumatına görə, binalarla 4 saylı, 39 saylı, Texniki və Təbiət Elmləri Liseyinin arasında yerləşən meydançanın ot örtüyü sıradan çıxıb.
Əvəzində ərazini alaq otları və kol basıb, 1000 nəfərlik tribunasındakı taxta oturacaqlar yoxa çıxıb.
Meydançanın kənarlarında isə qarajlar salınıb. Uşaqlar kələ-kötür vəziyyətdə olan ərazidə futbol oynaya bilmirlər. Onlar üçün bitişik qarajların üstündə oynamaq daha rahatdır, nəinki futbol meydançasında. Çünki qarajların üstü düzdür.
Onlar çəkiliş apardığımız vaxt yaxınlaşaraq, əlaqədar qurumlardan meydançaya əncam çəkmələrini özünəməxsus formada xahiş ediblər:



































































