Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin ən yaxşı baş məşqçilərinin reytinqini açıqlayıb.
Sportnet.az xəbər verir ki, həm klub, həm də milli komandalar səviyyəsində bu ada ispaniyalı mütəxəssislər layiq görülüb.
Klub səviyyəsində Fransa PSJ-sinin baş məşqçisi Luis Enrike lider olub. O, 222 xal toplamaqla birinci yerə çıxıb. İkinci yeri 60 xalla italiyalı Entso Mareska (“Çelsi”, İngiltərə), üçüncü yeri isə 57 xalla almaniyalı Hans-Diter Flik (“Barselona”) tutub.
Milli komandalar səviyyəsində ən yaxşı baş məşqçi Luis de la Fuente (İspaniya) seçilib – 136 xal. İkinci yer 83 xalla onun həmyerlisi Roberto Martinesə (Portuqaliya), üçüncü yer isə 59 xalla Lionel Skaloniyə (Argentina) məxsus olub.
















































































