İspaniyanın “Valensiya” klubunun qadınlardan ibarət ikinci komandasının baş məşqçisi Fernando Martin və üç övladı İndoneziya sahillərində gəmi qəzasında itkin düşüb.
Sportnet.az yerli "Antara" dövlət agentliyinə istinadən xəbər verir ki, Martinin həyat yoldaşı Andrea və bir qızı, həmçinin dörd ekipaj üzvü və tur rəhbəri xilas ediliblər.
Hadisə cümə axşamı gecəsi Padar adası yaxınlığında baş verib. Qəzanın səbəbi kimi 3 metr hündürlüyündə dalğalar göstərilir. Axtarış-qurtarma qrupları gəminin qalıqlarını sahil yaxınlığında tapıblar.
“Valensiya” klubu rəsmi saytında açıqlama verərək, Martin və övladlarının faciəli itkisinə görə dərin hüznlə başsağlığı verib və ailəyə, dostlara və klub əməkdaşlarına dəstək ifadə edib.
Qeyd olunur ki, futbolçular məşqdən qayıdarkən baş məşqçi və ailəsinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.













































































