“Zirə” yeni futbolçuyla anlaşıb. Komandamız Anatoli Nuriyevi heyətinə qatıb. Hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt”, və “Sabah” klublarında çıxış edib.






































































