Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi müəyyənləşib.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, D Liqasının B qrupunda ilk görüş sentyabrın 27-də səfərdə Litvaya qarşı olacaq.
Matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Oktyabrın 1-də Azərbaycan millisi Lixtenşteyni qəbul edəcək. Görüşün start fiti saat 20:00-da çalınacaq.
Oktyabrın 4-də də yığma ev oyununa çıxacaq. Bu dəfə saat 17:00-da başlanacaq görüşdə rəqib Litva olacaq.
Nəhayət, noyabrın 13-də milli Lixtenşteynin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Qrup qalibləri birbaşa C Liqasına vəsiqə qazanacaqlar. 2-ci yerin sahibləri isə C Liqasının qrup sonuncuları ilə keçid pley-off matçında üz-üzə gələcəklər.











































































