"Kəpəz" klubu azarkeşlərinə görə cəzalana bilər.
Sportnet.az-ın məlumatına görə, bu, gəncəli fanatların Yevlax şəhər stadionunda keçirilən Azərbaycan Premyer Liqasının XX tur matçında "Neftçi"nin ünvanına ədəbsiz təhqirlər səsləndirməsi ilə əlaqədardır.
Bir müddət davam edən belə şüarlardan sonra görüşün AFFA nümayəndəsi Erkin Hüseynov klubun mühafizə xidmətinin rəhbərinə iradlarını bildirib.
Bundan sonra "Kəpəz" azarkeşləri təhqiramiz şüarlara son qoyublar.
Qeyd edək ki, hazırda "Neftçi" qalib gəlir - 3:1.















































































