“FIFA Series – 2026” beynəlxalq turnirinin Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya saat 19:10-da start veriləcək.
Səbəb kimi hava şəraiti və yollarda sıxlığın yaranması göstərilib. Bununla əlaqədar FIFA ilə razılıq əldə edilib.
Qeyd edək ki, matçın saat 19:00-da başlaması nəzərdə tutulurdu.













































































