İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" daha bir ciddi itki ilə üz-üzə qalıb.
Sportnet.az xəbər verir ki, Mersisayd təmsilçisinin qapıçısı Alisson Beker zədə səbəbilə bir müddət meydanlardan kənar qalacaq.
Baş məşqçi Arne Slotun açıqlamasına görə, braziliyalı qolkiper "Mançester Siti" və PSJ ilə oyunları buraxacaq.
Millinin oyunları zamanı zədələnmiş Ceremi Frimponqun isə Paris təmsilçisi ilə matçlara hazır olması gözlənilir.

















































































