"Neftçi" klubu FIFA-nın transfer qadağası ilə üzləşdiklərinə dair xəbərlərə münasibət bildirib.
Klubun Media üzrə koordinatoru Rüstəm Əfsərli Sportnet.az-a açıqlamasında narahatlığa əsas olmadığını bildirib.
Onun sözlərinə görə, qadağa tezliklə aradan qaldırılacaq:
"Burada narahlığa əsas yoxdur. Bu, avtomatik sistemdir. Hər hansı futbolçunun transferi ilə bağlı ödəniş təyin olunan vaxtdan qarşı tərəfə gecikəndə, FİFA-nın transfer qurumu müvafiq siyahıya salır və kluba transfer qadağası gəlir.
Artıq ödəniş həyata keçirilib, qarşı tərəf də bunu təsdiqləyib. Adətən belə hallarda bir neçə günə transfer qadağası aradan qalxır. Azarkeşlərimizə bildirmək istəyirik ki, narahatlığa əsas yoxdur. Qısa müddətdə qadağa aradan qaldırılacaq".
Sportnet.az-ın əldə etdiyi məlumata görə, FIFA-nın transfer qadağası Alesio Kurçi ilə əlaqədar qoyulub. Lüksemburq millisinin hücumçusu 2025-ci ilin iyulun 30-da Belçikanın II Divizionunda çıxış edən "Franks Borayns" klubundan alınıb. Kurçi ilə həmin vaxt 3 illik müqavilə bağlanılıb. Transfermarkt-a görə, onun transfer məbləği 200 min avro təşkil edib.

















































































