Braziliya milli komandasının 2026-cı il dünya çempionatı üçün 26 futbolçudan ibarət yekun heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, ən çox diqqət çəkən məqam baş məşqçi Karlo Ançelottinin hücumçu Neymarı siyahıya daxil etməsidir.
Uzun müddətdir onun mundialda iştirak edib-etməyəcəyi əsas müzakirə mövzusu idi. 34 yaşlı forvard üçün bu, karyerasında 4-cü dünya çempionatı olacaq və o, bununla Braziliya futbolunun əfsanələri sırasında yerini daha da möhkəmləndirir.
Ançelotti bildirib ki, heyət seçimində əsas meyar “ideal balans” yox, oyunçuların psixoloji dayanıqlığı və komanda ruhudur: “Mükəmməl komanda yoxdur. Dünya çempionatını ən güclü yox, ən dayanıqlı psixologiyaya sahib komanda qazanır".
Braziliya millisinin DÇ-2026 üçün heyəti:
Qapıçılar: Alisson ("Liverpul", İngiltərə), Ederson ("Fənərbağça", Türkiyə), Veverton Pereyra da Silva ("Qremio")
Müdafiəçilər: Danilo, Aleks Sandro, Leo Pereyra ("Flamenqo"), Markinyos (PSJ, Fransa), Qabriel Maqalyaeş ("Arsenal", İngiltərə), Bremer ("Yuventus", İtaliya), Duqlas Santos ("Zenit", Rusiya), Rojer İbanyes ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Uesli Fransa ("Roma", İtaliya)
Yarımmüdafiəçilər: Kazemiro ("Mançester Yunayted", İngiltərə), Bruno Gimarayns ("Nyukasl", İngiltərə), Lukas Paketa ("Flamenqo"), Fabinyo ("Əl-İttihad", Səudiyyə Ərəbistanı), Danilo dos Santos de Oliveyra ("Botafoqo")
Hücumçular: Vinisius Junior ("Real Madrid", İspaniya), Neymar ("Santos"), Rafinya ("Barselona", İspaniya), Rodriqo ("Real Madrid", İspaniya), Qabriel Martinelli ("Arsenal", İngiltərə), Endrik ("Lion", Fransa), Mateus Kunya ("Mançester Yunayted", İngiltərə), Luis Enrike ("Zenit", Rusiya), İqor Tyaqo ("Brentford", İngiltərə), Rayan Vitor Simplisio Roşa ("Bornmut", İngiltərə)
Braziliya millisinin DÇ-2026-da rəqibləri C qrupunda Mərakeş, Haiti və Şotlandiya olacaq.








































































