"Milan”ın braziliyalı ulduzu Kaka haqqındakı transfer söz-söhbətinə son qoyub. Sportnet.az xəbər verir ki, bu haqda 31 yaşlı pleymeyker şəxsən klubun televiziyasına açıqlama verib. "Sambaçı” "Milan”da xoşbəxt olduğunu və "San Siro”dan ayrılmayacağını bildirib: "Hər transfer mövsümündə bu tərz xəbərlər ortaya çıxır, ancaq mən "Milan”dan ayrılmayacam. Yeni mövsümdə də planım burada qalmaqdır".
Qeyd edək ki, Kaka ötən mövsüm "Milan”da 37 matçda forma geymiş və 9 qol vurmuşdu. Onun "rossonyerlər”lə müqaviləsi 2015-ci ildə bitəcək.