
Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ”
klubu bu gün ikinci yoxlama görüşünə çıxacaq. Sportnet.az-ın məlumatına görə,
bu dəfə rəqib Rusiya təmsilçisi "Krasnodar” olacaq.
"Krasnodar" ötən mövsüm Rusiya Premyer Liqasını 5-ci pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ” ilk sınaq matçında Ukraynanın "Şaxtyor”
klubuna 0:2 hesabı ilə uduzub.
19:00. "Qarabağ" (Azərbaycan) - "Krasnodar" (Rusiya) - 0:1
Qol: Odil Ahmedov, 47
Oyun başladı.
Fasilə.
İkinci hissə başladı.
47'. "Krasnodar" hesabı açdı. Topu Vandersonun ötürməsindən sonra Odil Ahmedov keçirdi;
50'. Çumbinyonun zərbəsini qapıçı dəf edə bildi;