
Avropa Liqasının I təsnifat mərhələsində Bakının "İnter" klubunun rəqibi olacaq Moldova "Tiraspol"u növbəti yoxlama görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, Tiraspol təmsilçisi Rusiyanın "Tom" klubunu qəbul edib.
Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"İnter"in Avropa Liqasındakı rəqibinin yeganə qolunun müəllifi Oleq Molla olub. Qeyd edək ki, Molla qarşılaşmanın 55-ci dəqiqəsində hesab 2:0 olarkən fərqlənib.