Bosniya və Herseqovinanın "Şiroki Briyeq” klubunun kapitanı
Vaqner Santos Laqo Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ” ilə keçirəcəkləri ilk oyun barədə danışıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı futbolçu ilk oyunun əhəmiyyətli olduğunu bildirib.
Azərbaycan təmsilçisini ciddi rəqib adlandıran aparıcı oyunçu "Qəbələ”nin güclü futbolçulardan ibarət
olduğunu da söyləyib: "Danışmaq həmişə asandır. Ancaq meydanda bunu həyata
keçirmək olduqca çətindir. Baxmayaraq ki, rəqib komandanın heyətində kifayət qədər
yaxşı futbolçular toplaşıb, biz təslim olmayacağıq. Bizim də qalib gəlmək
şanslarımız var. Yaxşı olardı ki, ilk oyunda elə bir nəticəyə imza ataq ki, təkrak
qarşılaşmada bizə daha rahat olsun”.
Qeyd edək ki, Qəbələdə keçiriləcək ilk oyun iyulun 3-də saat 20:00-da start götürəcək.