
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə "Neftçi" heç-heç-heçəyə nail olub.
"Sumqayıt"la matçda flaqmanın yeganə qolunu cəzalandırılaraq əvəzedici heyətə göndərilmiş Məhəmməd Qurbanov vurub. "Rəvan" isə "Xəzər Lənkəran"ı darmadağın edib.
Əvəzedici heyətlər
XI tur
31 oktyabr
"Sumqayıt” - "Neftçi” - 1:1
Qollar: Ayaz Mehdiyev, 14 - Məhəmməd Qurbanov, 80
"Rəvan” - "Xəzər Lənkəran” - 4:1
Qollar: Kənan Müslümov, 44. Orxan Həsənov, 50; 73. Cavad Kazımov, 74 - Kamal Dənziyev, 63
30 oktyabr
"Qəbələ” – "Kəpəz” - 4:1
Qollar: Vüqar Nadirov, 2. Roman Hüseynov, 6. Ramil Hasanov, 67. Ehtiram Şahverdiyev, 80 - Murad Musayev, 75-öz qapısına
"İnter” - "Zirə” - 3:2
Qollar: Oleq Kurbatov, 22. Elnur Süleymanov, 32. Əmrah Əliyev, 85- öz qapısına - Vüsal İsgəndərli, 31. Mirkamil Həşimli, 62
"Qarabağ” – AZAL - 2:1
Qollar: Elmir Namazov, 41. Fuad Kərimli, 86 - Cavid Hümbətli, 35