
İspaniyanın "Real Madrid" klubu Fransa "Monako"sunun gənc futbolçusu Kiliana Mballe ilə maraqlanır. Sportnet.az-ın məlumatına görə, 17 yaşlı futbolçu hücum xəttinin hər cinahında oynamaq üstünlüyünə malikdir.
Yalnız Mballe ilə maraqlanan klub tək Madrid təmsilçisi deyil. Artıq Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İngiltərənin "Mançester Yunayted" klubu da onu hədəfə alıb.








































































