İngiltərənin "Mançester Siti" klubunun sahibi Birləşmiş Ərəb Əmirlikləri şeyxi Mansur ibn Zayed Əl Nahyanı Almaniya "Bavariya"sından ayrılacağı iddia edilən Xosep Qvardiola üçün böyük məbləğ ödəyəcəyi iddia edilir. Sportnet.az-ın məlumatına görə, şeyx Qvardiolanın Mançesterə gələcəyi təqdirdə ildə 25 milyon avrosundan keçəcək.
Üstəlik tərəflər arasında 3 illik müqavilənin imzalanması gözlənilir. Münhen təmsilçisinin baş məşqçisinin yeni mövsümdən "Mançester Siti"də çalışacağı istisna edilmir. Keçid baş tutarsa, Qvardiola 3 il ərzində 75 milyon avro qazanacaq.
Təcrübəli mütəxəssis hazırda ildə 12 milyon avro qazanır.
Qeyd edək ki, ən çox qazanan baş məşqçi statusu Joze Mourinyoya məxsusdur. O, "Çelsi" ilə ildə 14 milyon avro olmaqla 4 illik müqaviləyə qol çəkmişdi.