
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu karyerasını İspaniya "Real Madrid"ində başa vuracaq. Sportnet.az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçunun agenti Jorje Mendeş açıqlama verib.
"Ronaldu bütün zamanların ən yaxşı futbolçusudur. Əminəm ki, növbəti 4 - 7 ildə də "Real Madrid"də oynayacaq, karyerasını da elə orada başa vuracaq. Kriştianu bu komandada xoşbəxtdir və 40 yaşında butslarını mıxdan asacaq" - deyə Mendeş bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldunun hazırkı müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. Portuqaliyalı hücumçu "Real Madrid"ə 2009-cu ilin yayında İngiltərə "Mançester Yunayted"indən 94 milyon avroya keçib. Oktyabrda dostu - "Şeffild Uensdey"in futbolçusu Joze Semedu "Qızıl top"un hazırkı sahibinin karyerasını İngiltərədə başa vurmaq istədiyini açıqlayıb. Ronaldunun özü isə bundan bir ay öncə gələcəkdə ABŞ-da oynamağı planlaşdırdığını söyləyib.








































































