
İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanın geyinəcəyi forma nömrəsi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, türkiyəli futbolçu 7 nömrəli futbolka ilə çıxış edəcək.
Daha öncə bu nömrəli futbolka Pedroya məxsus olub. Komandanın digər transferi Aleks Vidal isə Dani Alveşin 22 nömrəli futbolkası ilə meydana çıxacaq.
Qeyd edək ki, Arda Turan yayda "Barselona"ya keçib. Lakin kataloniyalılara qoyulan transfer qadağası səbəbindən türkiyə millisinin üzvü yalnız 2016-cı ildən meydana çıxa biləcək. Onun yanvarın 6-da "Nou Kamp"da "Espanyol"a qarşı keçiriləcək Kral Kubou oyununda meydana çıxması gözlənilir.








































































