
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ" komandası təlim-məşq toplanışının 2-ci gününü 2 məşqlə yekunlaşdırıb. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.