Macarıstanın "Dioşdyor" klubunun baş məşqçisi Şandor Egervari Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları yoxlama matçı barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis ilk yarıda yaxşı çıxış etdiklərini bildirib.
O, ilk və son 15 dəqiqəlik bölümdə bərabər səviyyəli mübarizə aparmamaları səbəbindən 4 qol buraxdıqlarını söyləyib: "Əvvəlcə künc zərbəsindən üzücü qol buraxdıq. Amma birinci hissədə oyunçularımın davranış, nizam-intizam və oyun ritmi qənaətbəxş idi. İkinci hissədə edilən çoxsaylı dəyişiklikdən sonra komandalar arasında böyük oyun fərqi üzə çıxdı. Nəticədə "Qarabağ" tam layiqli olaraq, böyük fərqlə qələbə qazandı".
Qeyd edək ki, oyun "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.