İspaniyanın San-Sebastyan şəhərində keçirilən "Donosti Cup” turnirində
çıxış edən 19 yaşadək qadınlardan ibarət Azərbaycan yığması növbəti oyununu
keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Amara
Berri K.E” komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qalib gəlib.
Millimizin qollarını Yaiza Relea, Melis Sarıaltın və Nigar Cəlili
vurub. Daha bir top avtoqol nəticəsində qeydə alınıb.
Qeyd edək ki, yığmamız bundan öncə "Atletico Vilafranca” komandasına 3:1 hesabı ilə qalib gəlib.