Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubuna millinin baş məşqçisi Robert Prosineçkinin məsləhəti ilə gedib. Sportnet.az-ın məlumatına görə, bu barədə Sloveniya təmsilçisinin idman direktoru Matey Orajem klubun rəsmi saytına açıqlamasında bildirib.
O Məsimovun transferi ilə bağlı xorvatiyalı mütəxəssislə bir neçə dəfə ciddi müzakirələr apardıqlarını deyib: "Samir Azərbaycanın ən gənc oyunçularındandır. Prosineçki ilə bu barədə bir neçə dəfə ciddi müzakirələrimiz olub. Müqavilə imzalamamışdan öncə də onun məsləhətini almışıq. Məsimov elə futbolçudur ki, meydanın istənilən yerində oynaya bilər. O, texnikalı, sürətli və çevikdir. İlk məşqlərdən göstərdi ki, əməksevərliyi sayəsində komandamızın mühüm hissəsi ola bilər".
Qeyd edək ki, "Domjale" Samir Məsimovla 3 illik müqavilə imzalayıb