FİFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin apellyasiyaları təmin olunmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA Apellyasiya Komitəsi qərar verib.
Lakin hər iki şəxsin futboldan kənarlaşdırılma müddəti 8 ildən 6 ilə endirilib. İndi onlar İdman Arbitraj Məhkəməsinə müraciət edəcəklər.
Qeyd edək ki, Yozef Blatterlə Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir.