İş adamlarına 1 milyon 860 min səhm sənədi satan "Fənərbağça" növbəti satışını öz futbolçusuna edəcək. Sportnet.az-ın məlumatına görə, növbəti səhm sənədini komandanın futbolçusu Caner Erkin alacaq.
28 yaşlı müdafiəçi bunun üçün 2.6 milyon lirə (təxminən 1 milyon dollar) ödəyəcək. Bununla da klub səhm sənədlərinin satışından 2 həftədə 135 milyon lirə (təxminən 47 milyon dollar) qazanacaq.
Qeyd edək ki, bundan öncə klubn səhm sənədlərini alanlar sırasında Abdullah Kığılı, Acun Ilıcalı kimi adlar olub.








































































