
Ödəmələrin gecikməsi səbəbi ilə FİFA-ya şikayət edən İzet Hayroviç "Qalatasaray" üçün maddi təhlükə yaradıb. Sportnet.az-ın məlumatına görə, Almaniyanın "Verder" klubu ilə anlaşan Hayroviç "sarı-qırmızılar"dan təzminat tələb edir.
Buna səbəb futbolçunun İstanbul klubundan ayrılmasıdır. O, müqavilədə göstərilən qarşıdakı 4 il üçün klubdan 4.6 milyon avro təzminat iztəyib.
Qeyd edək ki, İzet Hayroviç 2013/14 mövsümünün qış transfer pəncərəsində "Qalatasaray"la 4.5 illik müqaviləyə qol çəkib.









                 





    
    
    
    
    
    
    
    
    






















































