
"Kəpəz”in gənc futbolçusu Budaq Nəsirov antorekordu ilə diqqət çəkir. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına cəlb olunan yarımmüdafiəçi cari çempionatda ən çox sarı vərəqə alan futbolçudur.
Hazırda Nəsirovun hesabında 12 sarı vərəqə var. Bu isə o deməkdir ki, futbolçu artıq 3 dəfə cəzalı duruma düşüb. "Kəpəz”in yarımmüdafiəçisi bu üzdən Premyer Liqanın son turunda AZAL-a böyük hesabla udzduqları (0:3) səfər matçını kənardan izləməli olub. Özü də Nəsirov bunadək 4 oyun dalbadal sarı vərəqə alaraq cəzalı durumla üzləşib.