Dünyanın ən güclü futbol məşqçilərindən olan Joze Mourinyoya gözlənilməz dəvət gəlib. Sportnet.az-ın məlumatına görə, 53 yaşlı portuqaliyalı mütəxəssisə aparıcı futbol ölkəsi olmayan, müharibə bölgəsi kimi tanınan Suriyada çalışmaq təklif olunub.
Belə ki, bu ölkənin futbol federasiyası Mourinyonu milli komandasının baş məşqçisi postunda görmək istəyir və rəsmi dəvətini göndərib. Bu haqda qurumun rəsmi "Facebook” səhifəsində məlumat yerləşdirilib. Ora birləşdirən sorğunun skan varinatı məşqçinin agentu Jorze Mendeşin çalışdığı "Gestifute" şirkətinə göndərilib: "Biz sizinlə ona görə əlaqə saxlamışıq ki, Joze Mourinyoya rəsmi təklif göndərmək istədiyimiz haqda sizi məlumatandıraq. İndiki mərhələdə bizim üçün dünya səviyyəli mütəxəssislə anlaşmaq vacibdir ki, tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə çıxaq”.
Xatırladaq ki, Suriya yığması DÇ-2018-ə düçmək mübarizəsində Asiya seçmə mərhələsində 3-cü mərhələyə yüksəlib. Birada isə cəmi 12 komanda iştirak edir. Suriyalılar ilk seçmə mərhələdə 2-ci yeri tutaraq yalnız Yaponiyadan geri qalıb.