Azərbaycan premyer Liqasının XXIX turunda "Qarabağ"la qarşılaşan "Kəpəz"in heyətində itki baş verib. Sportnet.az-ın məlumatına görə, ikinci hissədə komandanın yarımmüdafiəçisi Namiq Ələsgərov zədələnib.
Nəticədə baş məşqçi Şahin Diniyev 21 yaşlı futbolçunun əvəzinə meydana müdafiəçi Tural Nərimanovu buraxıb.
Hazırda "Qarabağ" 3:0 hesabı ilə qalib gəlir.









                 




    
    
    
    
    
    
    
    
    






















































