Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha 2 matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, günün mərkəzi qarşılaşması "İnter" və AZAL komandaları arasında oynanılıb.
"İnter Arena"da baş tutan paytaxt derbisinin taleyini 1 qol həll edib. Meydan sahiblərinin hücumçusu Vüqar Nadirov 64-cü dəqiqədə fərqlənərək, yeni komandasında Premyer Liqada ilk qolunu vurub. Bu qələbə sayəsində "İnter" xallarını 48-ə çatdıraraq, 3-cü pillədə möhkəmlənib. AZAL isə 39 xalla 6-cı pillədə qalıb.
Günün ilk matçında isə "Qəbələ" səfərdə "Sumqayıt" üzərində qələbəni əldən verib. Qonaqlar 65-ci dəqiqədə Aleksey Qayın qolu ilə hesabda önə keçsələr də, 85-ci dəqiqədə Pərdis Fərcad-Azad penaltini dəqiq yerinə yetirərək, "Sumqayıt"a 1 xal qazandırıb. Bununla da "Qəbələ" 42 xalla 5-ci, "Sumqayıt" 28 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Kəpəz"i darmadağın edib - 4:0. Tura aprelin 10-da keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" və "Rəvan" - "Zirə" matçları ilə yekun vurulacaq.
Premyer Liqa, XXIX tur
14:00. "Sumqayıt" – "Qəbələ" - 1:1
Qollar: Pərdis Fərcad-Azad, 85-penalti ilə - Aleksey Qay, 66
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. "Kapital Bank Arena"
16:00. "İnter" – AZAL - 1:0
Qol: Vüqar Nadirov, 65
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "İnter Arena"
_________________________________________________________________________________________________________________________________
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək. Sportnet.az-ın məlumatına görə, komandalar paytaxt Bakıda və Sumqayıtda üz-üzə gələcəklər.
"Sumqayıt" doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edəcək. Hazırda 28 xalla 8-ci pillədə qərarlaşan "gənclik şəhəri" təmsilçisi üçün istənilən nəticə turnir cədvəli baxımından heç bir önəm kəsb etməyəcək. Əvəzində "Qəbələ" "Kəpəz"in açılış oyununda "Qarabağ"a 0:4 hesablı məğlubiyyətindən sonra 3-cü pilləyə çatmaq imkanı əldə edib. Tərəflər bugünədək ölkə çempionatlarında 15 dəfə üz-üzə gəlib. Cəmi 1 dəfə "Sumqayıt", 12 dəfə isə "Qəbələ" qələbəni bayram edib. 2 oyun isə heç-heçə başa çatıb. "Qəbələ" 10 oyundur uduzmur. "Sumqayıt" əvvəlki oyunların hamısında qol buraxıb. Samir Abasovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə belə mövqeyində irəliləyə bilməyəcək. Avrokuboklara vəsiqə qazanmaq üçün çalışan "qırmızı-qaralar" isə 3 xal sayəsində "Kəpəz" və AZAL-la görüşün nəticəsindən asılı olaraq "İnter"lə xallarını bərabərləşdirə bilər. Nəticədə hər üçün komanda 45 xalla 3, 4 və 5-ci pillələri bölüşəcək.
"İnter" və AZAL komandalarının görüşü isə hər iki komanda üçün əhəmiyyət daşıyır. Avrokuboklardan uzaqlaşdırılan "bankirlər" cari mövsümdə uğur qazanmağa çalışacaqsa, AZAL "Zirə" də daxil olmaqla bu iki komandanın Avropaya gedə bilməməsindən istifadə edərək beynəlxalq oyunlarda qüvvəsini sınamaq arzusundadır. "İnter" qalib gələrsə, 48 xalla 3-cü, AZAL qələbə sevinci yaşayarsa, xallarını 42-yə çatdıracaq və "Qəbələ" ilə xallarını bərabərləşdirmək imkanı qazanacaq. Komandalar 29 dəfə üz-üzə gəlib. "İnter" 11, "təyyarəçilər" isə 5 dəfə qələbəni bayram edib. 13 oyunda qalib müəyyənləşməyib. Üstəlik, AZAL son 4 səfər matçında xal qazanmayıb.
Qeyd edək ki, turun son iki oyunu aprelin 10-da keçiriləcək.