1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bonilya Obameyanq kimi etdi
"Zirə"nin hücumçusu Nelson Bonilya "Rəvan"la Azərbaycan Premyer Liqasının XXIX tur matçında 3 qol vurduğu topu özü ilə götürüb. Sportnet.az-ın məlumatına görə, salvadorlu hücumçu topu komandasının paltardəyişmə otağına aparıb.
Orada topun üzərində komanda yoldaşları imza atıblar. Bonilya jurnalistlərə açıqlamasında topu vətəni Salvadora aparacağını bildirib: "Dünyada qəbul olunmuş qayda var ki, het-trik edən futbolçular topu özü ilə götürürlər. Bu, Salvadordan kənarda ilk "het-trik"imdir və Salvadorda mənə Azərbaycanı xatırladan bir hədiyyə olacaq".
Qeyd edək ki, 2015-ci il oktyabrın 22-də Almaniyanın "Borussiya" komandasının hücumçusu Pyer-Emerik Obameyanq Bakıda "Qəbələ"yə 3 qol vurduğu topu özü ilə Dortmunda aparmışdı.