"Müdafiədəki səhlənkarlıq, səhv məğlubiyyətimizə səbəb oldu". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra CBC Sport-a deyib.
O bildirib ki, qol epizodunda oyundankənar vəziyyətin olduğuna dair şübhələri var: "İkinci hissədə vəziyyəti düzəltməyə çalışdıq. Qol epizodunda şübhələrim var. O epizoda baxacağıq".