"Avrokuboklarda oynaya bilməməyimizin çempionata dəxli yoxdur. Komandanın qarşısına məqsəd qoyulub və hər oyunda qələbə qazanmağa çalışırıq”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Zirə”nin futbolçusu Nicat Qurbanov deyib. Onun sözlərinə görə, UEFA-nın məlum qərarından sonra motivasiya baxımından problemləri yoxdur: ”Rəvan”la oyunumuz çox yaxşı alındı. Hesab da bunu deyir. "Rəvan” son turda yaxşı təsir bağışlamış, "Neftçi”ni məğlub etmişdi. Adətən sonradan meydana çıxmağımla bağlı narazılığım yoxdur. Qərar məşqçilərimizin fikri ilə bağlıdır. Hər oyunda ayrı-ayrı taktiki sxemlə çıxırlar. Yenə də sağ olsunlar, az da olsa, çox da olsa oynayıram. Bəlkə də zəif cəhətlərim var. Bunun üzərində çalışaraq əsas heyətə düşməyə səy göstərəcəcəyik”.
Gənc futbolçu gələcək karyerasının mövsüm bitəndən sonra bilinəcəyini söyləyib: "Hazırda təklif var. Oturub rəhbərliklə danışıb bir şey fikirləşərik. Əsas odur ki, komandam yaxşı vəziyyətdir, turnir cədvəlində 2-ci pillələdir. İnşallah, mövsümün sonunda ən azı medalçılar sırasında olacağıq. Buna görə deyərdim ki, mövsüm həm özüm, həm də komandam üçşün uğurlu olub”.
Qurbanovun karyerasında hələ ki medalı olmadığından, ilki özü üçün önəmli sayır: "Ya gümüş medal olacağıq, ya da bürünc. Əsas odur ki, medalçılar sırasında olaq. "Zirə” yeni komandadır, Premyer Liqada ilk ilini keçirir. Ən azı 2-ci yeri tutmaq üçün əlimizdən gələni edirik”.