İngiltərə Premyer Liqasının lideri olan "Lester”in Çempionlar Liqasına (ÇL) vəsiqə qazanması rəsmiləşib. Sportnet.az-ın məlumatına görə, tarixi olay "Mançester Yunayted”in Premyer Liqanın 33-cü turunda Londonda "Tottenhem”ə məğlubiyyətindən (0:3) dəqiqləşib.
Bununla da 65 xalla 2-ci pillədə mövqeyini möhkəmlədən "Tottenhem” liderdən 7 xal geri qalıb. Turnir cədvəlində 5-ci yerdə olan "Mançester Yunayted”in bir oyunu ehtiyatda olsa da, 53 xala malik komanda "Lester”i qabaqlaya bilməyəcək. Bununla da italiyalı mütəxəssis Klaudio Ranyerinin baş məşqçisi olduğu "Lester” tarixində ilk dəfə ÇL-də oynayacaq.
Qeyd edək ki, gözlənilməz uğurlu çıxışı ilə bütün Avropanın diqqət mərkəzində olan "Lester” 132 illik tarixi ərzində heç vaxt Premyer Liqa çempionu olmayıb.